• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

"Türk milləti bir tarix yazdı" - Baxçalı

DÜNYA

28 May 2023 | 22:40

Türk milləti bir tarix yazdı - Baxçalı

"Türk milləti bu gün bir tarix yazdı və iradəsini müdafiə etdi".

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu MHP sədri Dövlət Baxçalı prezident seçkilərinin ikinci turunun nəticələrini dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, hər kəs xalqın seçiminə hörmətlə yanaşmalıdır.

Dövlət Baxçalı qeyd edib ki, Türkiyədə və xaricdə yaşayan Tükiyə vətəndaşlarının iştirakı ilə keçirilən seçkinin ilki nəticələrinə görə, Rəcəb Tayyib Ərdoğan 13-cü prezident seçildi: "Türkiyənin sabitliyi və təhlükəsizliyi, daxili dinclik və əmin-amanlıq mühiti seçki qutusunda müdafiə olundu".

"Növbəti əsr türk əsridir. 13-cü prezidentimiz Rəcəb Tayyib Ərdoğanı ürəkdən təbrik edirəm. 85 milyonluqn xalq qazandı. Bu gün barışıq və sevgi qazandı", - detə Dövlət Baxşalı vurğulayıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

19 Aprel 2024