• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türk ordusu bu il neçə terrorçunu zərərsizləşdirib?

DÜNYA

20 Iyul 2023 | 15:02

Türk ordusu bu il neçə terrorçunu zərərsizləşdirib?

Türkiyə ordusunun son bir həftədə ölkə daxilində və sərhədyanı bölgələrdə keçirdiyi əməliyyatlar nəticəsində 35 terrorçu zərərsizləşdirilib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə əlaqələr üzrə müşaviri Zəki Aktürk nazirlikdə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Türkiyə Silahlı Qüvvələri PKK/PYD-YPG, FETÖ və İŞİD terror qruplaşmaları başda olmaqla istənilən təhdid və təhlükəyə qarşı mübarizəni davam etdirir.

Z.Aktürk bildirib ki, bu il ərzində 848 terrorçu zərərsizləşdirilib: “2015-ci il iyulun 24-dən bu günə qədər məhv edilən terrorçuların sayı 38 191-ə çatıb”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026