Türkiyə Milli Müdafiə Nazirliyi 15 İyun - Milli Qurtuluş Günü münasibətilə Azərbaycanı təbrik edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Zeki Aktürk həftəlik brifinqdə deyib.
“İki dövlət, bir millət” prinsipi ilə həmrəy olduğumuz Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edirik”, - o bildirib.