• Bakı 33° C

    5.34 m/s

  • USD - 1.7

    EUR - 1.754

    RUB - 0.0279

Türkiyə özünün sualtı gəmisinin inşasına başlayıb

DÜNYA

27 Iyun 2022 | 09:00

Türkiyə özünün sualtı gəmisinin inşasına başlayıb

Türkiyə mühəndisləri tərəfindən layihələndirilən STM500 sualtı qayığının inşası onun gövdəsinin sınaqdan keçirilməsi ilə başlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Türkiyə Prezident Administrasiyası yanında Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmayıl Dəmir tviter hesabında yazıb.

Dəmir bildirib ki, yeni sualtı qayıq ən qabaqcıl sistemlər və silahlarla təchiz ediləcək.

İdarə rəisi STM500 layihəsini tarixi adlandıraraq qeyd edib ki, yeni sualtı qayıq həm dayaz sularda, həm də açıq dənizlərdə tapşırıqları yerinə yetirəcək şəkildə hazırlanıb.

“Yeni sualtı qayıq kəşfiyyat və müşahidə, xüsusi təyinatlıları dəstəkləmək və sualtı taktiki tapşırıqları yerinə yetirmək üçün istifadə olunacaq”, - Dəmir qeyd edib.


SON XƏBƏRLƏR

14 Avqust 2022