• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyə Suriyada hərbi baza yaratsa... - Netanyahu

DÜNYA

08 Aprel 2025 | 20:46 | Müəllif: Subhan Mahmudov

Türkiyə Suriyada hərbi baza yaratsa... - Netanyahu

İsrail Türkiyənin Suriyada hərbi bazalar yaratmasına qarşıdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu ABŞ-a səfərinin yekunları ilə bağlı açıqlamasında deyib.

"Türkiyə Suriyada hərbi bazalar qurmaq istəyir və bu, İsrail üçün təhlükəlidir. Biz buna qarşıyıq. Buna qarşı hərəkət edirik”, - deyə o bildirib.

“Mən prezident Trampa dedim: Sən mənim dostumsan, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dostusan və sənin köməyinə ehtiyacımız olsa, sənə müraciət edəcəyik”, - Netanyahu əlavə edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026