• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

“Türkiyə və Ermənistan sərhədin açılması üzərində işləyirlər” - Çavuşoğlu

DÜNYA

10 Aprel 2023 | 21:10 | Müəllif: Subhan Mahmudov

“Türkiyə və Ermənistan sərhədin açılması üzərində işləyirlər” - Çavuşoğlu

Ermənistanın Türkiyədə səfirliyinin açılması yaxın vaxtlarda gündəmdə deyil, lakin ölkələr sərhəd-keçid məntəqələrinin açılması üzərində işləyirlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber” telekanalının efirində bildirib.

“Yaxın vaxtlarda Ermənistan səfirliyinin açılması baş tutmaya bilər, çünki ilk növbədə başqa addımlar atmaq lazımdır. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb. Ermənistan hava daşıyıcıları bizim məkan vasitəsilə üçüncü ölkələrə uça bilər. Amma yerüstü keçid məntəqələrinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - deyə nazir bəyan edib.

Çavuşoğlu qeyd edib ki, quru sərhəd keçidinin açılması “diplomatik pasport sahibləri və ya üçüncü ölkələrin adi vətəndaşları” üçün nəzərdə tutulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026