Türkiyədə ağır yol qəzası olub.
Bakıvaxtı.az "Haber Global"a istinadla xəbər verir ki, hadisə Kastamonuda qeydə alınıb. Belə ki, Ankaradan Sinop istiqamətində hərəkət edən sərnişin avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində qarşı zolağa keçərək aşıb.
Hadisə nəticəsində 30 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda təcili yardım maşını göndərilib. Yaralılar Kastamonu Təhsil və Araşdırma Xəstəxanası başda olmaqla Taşköprü və Kastamonudakı digər xəstəxanalara aparılıb.
Sərnişin avtobusunda 37 sərnişin və 3 personal olub.
Murad Məmmədli
















