• Bakı 23° C

    5.09 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

Türkiyədə meşə yanğını - 29 helikopter cəlb olundu -YENİLƏNİB

DÜNYA

07 Sentyabr 2022 | 22:57 | Müəllif: Subhan Mahmudov

Türkiyədə meşə yanğını - 29 helikopter cəlb olundu -YENİLƏNİB

Türkiyənin Mersin şəhərində baş verən meşə yanğın davam edir.

Bakıvaxtı.az xəbər verir ki, Gülnar rayonunda baş verən yanğına havadan və qurudan müdaxilə edilir.Güclü külək alovla mübarizəni çətinləşdirir.

Yanğının söndürülməsinə 29 helikopter, 11 təyyarə, 138 texnika və 712 canlı qüvvə cəlb olunub.

Ərazidən 450 nəfər təxliyə edilib.

Yanğın zamanı xəsarət alan 9 nəfərdən 7-nin xəstəxanalardan birində müalicəsi davam edir.
Bölgəyə ətraf əyalətlərdən də gücləndirmə qrupları göndərilib.

***22:04

Türkiyədə meşə yanğını baş verib.

Bakıvaxtı.az türk mətbuatına istinadən xəbər verir ki, hadisə Manisa şəhərinin Kızılören rayonunda baş verib.
Küləyin təsiri ilə alov qısa müddətdə böyüyüb.

Yanğın yerinə 10 helikopter, 6 təyyarə, 61 texnika göndərilib. Alovlara havadan və qurudan müdaxilə davam edir.

Yanğın səbəbindən ətraf ərazidə yaşayanlar təxliyə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

18 Sentyabr 2026