Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 157 nəfər ölüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" səhifəsində paylaşıb.
Nazir qeyd edib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 69 658 nəfər COVID-19 infeksiyasına yoluxub, 77 612 nəfər isə sağalıb.
















