• Bakı 13° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Türkiyənin bu şəhərində Azərbaycan dili kursları açılacaq

CƏMİYYƏT

22 Sentyabr 2024 | 15:15 | Müəllif: Subhan Mahmudov

Türkiyənin bu şəhərində Azərbaycan dili kursları açılacaq

Türkiyənin Uludağ Universitetindəki Türk Dilinin Tədqiqi və Tətbiqi Mərkəzində (ULUTÖMER) Azərbaycan dili kurslarının açılması planlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı Bursa vilayətində fəaliyyət göstərən mərkəzin fəaliyyəti haqqında Əsasnamədə müvafiq dəyişiklik edilib.

Sənədin mətni bazar günü, sentyabrın 22-də Türkiyə hökumətinin rəsmi qəzetində dərc olunub.

ULUTÖMER-in Əsasnaməsinin yeni redaksiyasına əsasən, Azərbaycan dili ilə yanaşı qazax, qırğız, özbək, türkmən və digər dillər üzrə də kursların açılması planlaşdırılır.

Mərkəz türk xalqlarının mədəniyyətini öyrənmək məqsədilə Türkiyənin bölgələrinə və xaricə səfərlər təşkil etməyi, dilçilik sahəsində fərqlənənlərin mükafatlandırılmasını da planlaşdırır.

Əsasnamənin icrası Uludağ Universitetinin rektorluğuna həvalə edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026