Türkiyənin Ərəb Dövlətləri Liqasına ixracı artıb.
Bakıvaxtı.az bu barədə Türkiyə KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Türkiyənin Ərəb Dövlətləri Liqasına 2024-cü ilin yanvar-oktyabr dövründə ixracatı keçən ilin eyni dövrünə görə yüzdə 7,7 artaraq 39 milyard 904 milyon dollara çatıb.
Ötən ilin eyni dövründə bu ölkələrə 37 milyard 54 milyon dollarlıq ixrac edilib.
Qeyd olunub ki, ən çox ixrac taxıl, paxlalı bitkilər, yağlı bitkilər və məhsullar sektorlarında həyata keçirilib.
Nuriyyə Musayeva