Tütün məmulatlarının istehsalı və satışı ilə məşğul olan “Cahan Tabak Beynəlxalq” Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə verilib.
Bakıvaxtı.az xəbər verir ki, “Cahan Tabak Beynəlxalq” MMC İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi əsasında protokol tərtib edərək işi Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərib.
Məcəllənin 485.2-ci maddəsi gömrük qaydaları əleyhinə olan inzibati xətadır.
Belə ki, Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə, vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.
İnzibati xətalar haqqında iş hakim Gülnar Səfərəliyevanın sədrliyi ilə araşdırılacaq.
Ramid İbrahimov
















