• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

İDMAN

01 Avqust 2024 | 13:03

UEFA-dan Əliyar Ağayevə növbəti təyinat

FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.

Bakıvaxtı.az  AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada yerli “Panevejis” və İsrailin "Makkabi" (Təl-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununu idarə edəcək.

Ona Zeynal Zeynalov və Akif Əmirəli köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək. Elçin Məsiyev isə matça AVAR kimi təyinat alıb.

Qeyd edək ki, avqustun 8-də Panevejis şəhərində yerləşən “Aukştaytiya” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026