• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna bir neçə yaşayış məntəqəsini AZAD ETDİ

DÜNYA

05 Oktyabr 2022 | 17:14 | Müəllif: Qalib İbrahimoğlu

Ukrayna bir neçə yaşayış məntəqəsini AZAD ETDİ

Rusiya prezidenti Vladimir Putin elan etdiyi “qismən səfərbərlik”lə müharibədəki tarazlığı dəyişdi.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki, Ukraynanın Donetsk, Luqansk, Zaporojya və Xerson bölgələrini rəsmən ilhaq edən Putin bütün dünyanı təşvişə salan növbəti xəbərdarlığı edərək, “Ərazi bütövlüyümüz təhlükə altına düşərsə, Rusiya bütün imkanlarından istifadə edəcək o deməkdir ki, bu, boş söz deyil” deyib.

Rusiyanın ardıcıl addımlarına Ukraynanın reaksiyası da eyni dərəcədə sərt olub. İtirilmiş torpaqları geri almaq üçün hücuma başlayan Ukrayna ordusu irəliləyişini davam etdirir. Bu arada rus əsgərlərinin bəzi bölgələrdən geri çəkildiyi xəbərləri də yayılıb.

İşğal olunmuş Luqansk vilayətinin qubernatoru Sergiy Qayday bildirib ki, vilayətin azad edilməsi üçün addımlar atılır: "Bir neçə yaşayış məntəqəsi Rusiya ordusundan azad edildi. İndi bu ərazilərdə Ukrayna bayrağı dalğalanır”.

Kremlin sözçüsü Dmitri Peskov da açıqlamasında bunu təsdiqləyib: “Bəzi yerlərdən çəkilmişik, lakin buralar rus torpağıdır. Biz onları geri alacağıq və onlar əbədi olaraq Rusiyaya məxsus olacaq”.

Peskov ABŞ-ın son açıqlamasının “son dərəcə təhlükəli” olduğunu iddia edib: “ABŞ-ın Krıma hücum etmək üçün Ukraynaya silah verməsi ABŞ-ın münaqişədə iştirakının sübutudur”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026