• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna bu ölkədən 450 milyon dollar kredit alıb

İQTİSADİYYAT

18 Avqust 2022 | 12:48 | Müəllif: Subhan Mahmudov

Ukrayna bu ölkədən 450 milyon dollar kredit alıb

Kanadadan Ukraynanın Dövlət Büdcəsinə güzəştli şərtlərlə 450 milyon Kanada dolları krediti verilib. Vəsaitlər BVF-nin inzibati hesab mexanizmi vasitəsilə təmin edilib.

Bakıvaxtı.az xarici  KİV-ə istinadən xəbər verir  ki, bu barədə ölkənin Maliyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bizim üçün son dərəcə çətin olan bu tarixi dövrdə Ukraynaya göstərdiyi güzəştsiz dəstəyə görə Kanada hökumətinə minnətdaram. Alınan vəsait bizə Ukrayna əhalisini dəstəkləməyə və təcavüzkar üzərində qələbəni yaxınlaşdırmağa imkan verəcək”, - deyə maliyyə naziri Serhi Marçenko bildirib.

Kanadadan kreditin ümumi məbləği 1,45 milyard Kanada dollarıdır (1,2 milyard ABŞ dollarına ekvivalentdir). Ödəniş müddəti 10 il, faiz dərəcəsi illik 1,69% təşkil edir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026