• Bakı 29° C

    4.31 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Ukrayna daha bir kəndi AZAD ETDİ

DÜNYA

25 Iyul 2023 | 16:02

Ukrayna daha bir kəndi AZAD ETDİ

“Ukrayna müdafiəçiləri Donetsk vilayətinin Andreyevka kəndindən Rusiya hərbçilərini çıxarıblar”.

Bakıvaxtı.az  “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələri Şərq qruplaşması qoşununun sözçüsü Sergey Çerevatıy bildirib.

Onun sözlərinə görə, Baxmut ətrafında başqa yaşayış məntəqəsi kimi Andreyevkanın azad edilməsi şəhəri mühasirəyə almaq və düşməni qovmaq baxımından əməliyyatı başa çatdırmağa imkan verir.

Bildirilib ki, iyulun 25-də səhər saatlarında Ukrayna Silahlı Qüvvələrinin Baxmut istiqamətində irəliləməkdə davam etdiyinə dair məlumat yayılıb. Ukrayna hərbçiləri Donetsk vilayətinin Staromayorski rayonunda cəbhə xətti boyunca 500 metr irəliləyərək uğur qazanıblar. Məlumata əsasən, hazırda müdafiə qüvvələri əldə olunan xətlərə yerləşdirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Sentyabr 2026
12 Sentyabr 2026