• Bakı 10° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukrayna Macarıstana neft nəqlini dayandırdı

İQTİSADİYYAT

15 Noyabr 2022 | 23:51 | Müəllif: Subhan Mahmudov

Ukrayna Macarıstana neft nəqlini dayandırdı

Ukrayna “Transneft”ə Macarıstan istiqamətində “Drujba” kəməri vasitəsilə neftin nəqlini dayandırdığı barədə məlumat verib.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Transneft”in sözçüsü İqor Demin bildirib.

“Ukrayna tərəfdən bizə məlumat daxil olub ki, gərginlik azalması səbəbindən nasosun dayandırılması barədə məlumat verilib”, - deyə o deyib.

Hadisə ilə bağlı Macarıstanın baş naziri Viktor Orban ölkənin Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Qeyd edək ki, “Drujba” neft kəməri Belarusun neft emalı zavodlarına neft tədarükünü və onun Avropaya tranzitini təmin edir. Boru kəməri Samara vilayətindən başlayır, Belarus, Ukrayna, Polşa, Çexiya, Slovakiya, Almaniya, Macarıstan, Latviya və Litvadan keçir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026