• Bakı 13° C

    6.85 m/s

  • USD - 1.7

    EUR - 1.8681

    RUB - 2.0687

Putin də, Zelenski də seçkiyə hazırlaşır

DÜNYA

07 Noyabr 2023 | 15:47

Putin də, Zelenski də seçkiyə hazırlaşır

Ukraynada gələn ilin martın 31-də prezident seçkiləri keçiriləcək.

Bakıvaxtı.az xarici mətbuata istinadla xəbər verir ki. bu barədə Ukrayna parlamentinin (Rada) üzvü Aleksey Qonçarenko bildirib.

“Espreso” televiziyasına danışan Qonçarenko “Prezident Aparatı Zelenskinin göstərişi ilə 2024-cü ilin mart ayının son bazar günü keçiriləcək seçkilərə hazırlığa başlayıb” deyib.

Qonçarenko xatırladıb ki, gələn il Rusiyada da prezident seçkiləri keçiriləcək: "Vladimir Putin gələn ilin martında keçiriləcək seçkilərə hazırlaşır. Zelenski də oxşar addım atmaqla öz legitimliyini itirməmək istəyir".

Qeyd edək ki, Zelenski əvvəlki açıqlamalarında qarşıdan gələn seçkilərdə “ölkəsini heç vaxt tək qoymayacağını” bildirmişdi.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR