• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Nepal vətəndaşlarını Rusiya ordusuna cəlb edənlər HƏBS EDİLİR

DÜNYA

07 Dekabr 2023 | 15:23

Nepal vətəndaşlarını Rusiya ordusuna cəlb edənlər HƏBS EDİLİR

Nepal polisi gəncləri Rusiya ordusuna cəlb etməkdə şübhəli bilinən 12 vətəndaşı həbs edib.

Bakıvaxtı.az BBC-yə istinadən xəbər verir ki, Ukraynada gedən döyüşlərdə 6 nepallı ölüb.

Belə ki, Katmandu polisinin məlumatına görə, onlar Rusiyaya turist vizası ilə göndərilmək üçün 9 min ABŞ dolları ödəyiblər.

Hazırda Rusiya ordusunda yüzə yaxın nepallının xidmət etdiyi təxmin edilir.

Nepalın Rusiyadakı səfirliyi bəyan edib ki, ölkəsinin təxminən 200-ə yaxın vətəndaşı bu ölkə uğrunda döyüşür. Bu həftənin əvvəlində səfirlik vətəndaşlara geri qayıtmaq çağırışı edib.

Dünya Bankının məlumatına görə, Nepal dünyanın ən yoxsul ölkələrindən biridir və əhalinin təxminən 40%-i yoxsulluq həddinin altında yaşayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026