İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada səfərdədir.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali “X” platformasında yazıb.
Qeyd edək ki, İran və Rusiya liderləri arasında keçiriləcək görüşdə ölkələrarası münasibətlər və həmçinin İsrail-HAMAS münaqişəsi müzakirə olunacaq.
***
12:30
“İran və Rusiyanın “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində tikinti işlərini başa çatdırmaq istəyi Moskvada keçiriləcək danışıqlarda əsas müzakirə mövzularından birinə çevriləcək”.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bunu İran Prezidenti İbrahim Rəisi Rusiyaya yollanmazdan əvvəl deyib.
“Bu səfər zamanı iki ölkənin “Şimal-Cənub” dəhlizinin tikintisini başa çatdırmaq istəyi bu birgə iş üzrə danışıqların əsas məsələlərindən birinə çevriləcək”, - o qeyd edib.
***
11:20
İran Prezidenti İbrahim Rəisi Rusiyanın paytaxtı Moskvaya gedib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb.
İ.Rəisi səfərdən əvvəl bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə müzakirə olunacaq ən mühüm məsələlərdən biri Yaxın Şərqdəki vəziyyət və Fələstinə yardım olacaq.
















