Ukrayna administrasiyası Rusiya prezidenti Vladimir Putinin mühakiməsi üçün beynəlxalq məhkəmənin yaradılması və dondurulmuş Rusiya aktivlərinin təhvil verilməsi ilə bağlı irəliləyişin olmamasından şikayətlənir.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba “Təəssüf ki, biz hər iki məsələdə bir növ dalana dirənmişik, çünki birinci məsələdə fikir ayrılığımız var. İkinci məsələdə isə açıq şəkildə iradə çatışmazlığı var” deyib.
G7 ölkələrinin Rusiya liderinin məhkəməsində Ukrayna qanunlarına əsaslanan hibrid məhkəmənin yaradılmasının tərəfdarı olduğunu deyən Kuleba sözügedən təklifin Putin, Rusiyanın baş naziri Mixail Mişustinin və Rusiyanın xarici işlər naziri Sergeyin beynəlxalq toxunulmazlığını ləğv etməyəcəyini bildirib. Onun sözlərinə görə, vəziyyət Kiyev üçün qəbuledilməzdir.
O, “Dondurulmuş Rusiya aktivlərinin Ukraynanın yenidən qurulması üçün istifadəsinə gəldikdə isə, mən hələ də Avropa və ABŞ-dan üzərində çalışırıq cavabı alıram” deyib.
Ay Tac











jpg-1697006673.webp)



