• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Ukrayna “Rosatom”un Aİ-nin yeni sanksiyalar paketinə daxil edilməsini istəyir

DÜNYA

14 Sentyabr 2022 | 03:31 | Müəllif: Subhan Mahmudov

Ukrayna “Rosatom”un Aİ-nin yeni sanksiyalar paketinə daxil edilməsini istəyir

Ukrayna Rusiyanın “Rosatom” şirkətini Aİ-nin yeni sanksiyalar paketinə daxil etmək istəyir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

Nazir Aİ-nin səkkizinci sanksiya paketinin təfərrüatı ilə bağlı sualı cavablandırıb. O bildirib ki, Ukrayna Zelenskinin “Rosatom”un sanksiyalara cəlb edilməsi ilə bağlı tezisini irəli sürəcək.

Kulebanın sözlərinə görə, bu məsələ xüsusilə Zaporojye AES-də baş verən hadisələrdən sonra aktuallaşıb. Burada təkcə Rusiya hərbçiləri deyil, həm də faktiki olaraq kriminal fəaliyyətlə məşğul olan “Rosatom”un əməkdaşları var.

“Onlara qarşı sanksiyalar tətbiq etmək üçün bütün əsaslar var”, - deyə nazir qeyd edib.

Kulebanın proqnozuna görə, Aİ-nin yeni sanksiyalar paketi ilin sonundan daha tez tətbiq oluna bilər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026