Ukraynanın Kiyev vilayətində Rusiya Silahlı Qüvvələrinin tank komandiri müvəqqəti işğal vaxtı yerli sakini qarət edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğunun səhifəsində məlumat yayılıb.
Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları onun şəxsiyyətini müəyyən edib və məhkəmə onu 11 il müddətinə azadlıqdan məhrum edib.
















