• Bakı 10° C

    1.4 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukraynada “Vahid Rusiya” bağlandı

SİYASƏT

24 Iyun 2022 | 21:18 | Müəllif: Qalib İbrahimoğlu

Ukraynada “Vahid Rusiya” bağlandı

Ukraynada daha bir siyasi partiyanın fəaliyyətinə xitam verilib.

Bakıvaxtı.az azərtac-a istinadla xəbər verir ki, Səkkizinci İnzibati Apellyasiya Məhkəməsi Ukraynada “Vahid Rusiya” siyasi partiyasının fəaliyyətini qadağan edib.

Qərara əsasən siyasi partiyanın bütün əmlakı dövlətin mülkiyyətinə keçəcək. Məhkəmə Ukrayna Ədliyyə Nazirliyinin iddiaları əsasında qərar çıxarıb.

Qeyd edək ki, bundan öncə Səkkizinci İnzibati Məhkəməsi 11 siyasi partiyanın fəaliyyətini qadağan edib.

Məhkəmənin müvafiq qərarları ilə “Sol Müxalifət”, “Şariynin Partiyası”, “Müxalifət Bloku”, “Sosialist”, “Naşi”, “Sosialistlər”, “Vladimir Saldo” bloku, “Derjava”, “Ədalət və İnkişaf”, “Müxalifət platforması - Həyat uğrunda” və “Tərəqqi Sosialist” partiyalarının fəaliyyəti qadağan olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026