• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ukraynalıların Polşaya köçü davam edir

DÜNYA

03 Avqust 2023 | 14:54

Ukraynalıların Polşaya köçü davam edir

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ukraynalı mülki şəxslər ölkələrini tərk etmək məcburiyyətində qalırlar. Polşaya sığınan ukraynalı qaçqınların miqrasiyası davam edir.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki,  bir il yarım əvvəl köçənlərin bəziləri Polşada qalıb, bəziləri isə digər Avropa ölkələrinə gedib.

O vaxtdan bəri immiqrasiya hələ də davam edir. Belə ki, Polşaya keçən ukraynalı qaçqınların sayı 14 milyon 182 minə çatıb.

BMT-nin Qaçqınlar üzrə Agentliyinin məlumatına görə, 9,9 milyondan çox ukraynalı öz ölkəsinə qayıdıb.

Polşa sərhədçiləri qeyri-qanuni miqrantların sayını da açıqlayıb. Son 4 gündə 635 nəfərin Belarus sərhədindən qanunsuz olaraq ölkəyə keçməyə cəhd etdiyi bildirilib.

Bu qeyri-qanuni miqrantların əksəriyyəti İran, Hindistan, Mərakeş, Misir və Ermənistan da daxil olmaqla 12 müxtəlif ölkənin vətəndaşlarıdır.

Ay Tac


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026