Ukrayna ilə sərhəddə gərginlik aradan qalxıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.
Belarus lideri bildirib ki, ukraynalılar öz bölmələrini Belarus-Ukrayna sərhəd zonasından çıxarıblar.
O, Ukrayna sərhəddindəki Belarus qüvvələrinin çıxarılmasını əmr etdiyini vurğulayıb:
“Belarusun indi ukraynalılarla heç bir problemi yoxdur".
Qeyd edək ki, bu gün Lukaşenko Ukrayna ilə sərhədə gedib.