"NATO uzunmüddətli perspektivdə Ukraynaya kömək edəcək".
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.
"Biz Ukraynanı dəstəkləyəcəyik. Biz Kiyevin sovet silahları əvəzinə, standartlarımıza uyğun olan silahlarla təmin olunmasında köməklik göstərəcəyik", - o söyləyib.
Stoltenberqin sözlərinə görə, Ukrayna mübarizə aparmaqdan imtina edərsə, bu, onun mövcudluğu üçün təhlükə ilə nəticələnə bilər.
















