• Bakı 15° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ukraynanın ABŞ-dəki yeni səfiri bəlli oldu

SİYASƏT

27 Avqust 2025 | 21:48 | Müəllif: Gülşən Şərif

Ukraynanın ABŞ-dəki yeni səfiri bəlli oldu

Olqa Stefanişina Ukraynanın ABŞ-dəki səfiri olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkə hesabında məlumat verib.

Ukrayna lideri bildirib: "Mən indicə Ukraynanın ABŞ-dəki yeni səfiri Olqa Stefanişina ilə danışdım. Rəsmi prosedurlar başa çatıb. Bu gün mən səfirin təyin edilməsi haqqında fərman imzaladım".

Qeyd edək ki, 40 yaşlı Stefanişina Odessada anadan olub. O, Taras Şevçenko adına Kiyev Milli Universitetinin Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. Beynəlxalq hüquq üzrə magistr dərəcəsi və ingilis dilindən tərcüməçi ixtisası alıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026