• Bakı 30° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Universitet əməkdaşlarının maaşından 100 manat niyə tutulur? – AÇIQLAMA

CƏMİYYƏT

19 Aprel 2022 | 16:21

Universitet əməkdaşlarının maaşından 100 manat niyə tutulur? – AÇIQLAMA

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) tyutorlarına aid tələblər və vəzifə öhdəlikləri çox olsa da, əmək haqqları azdır.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən ali məktəbin tyutoru elektron hökumət portalında şəxsi məlumatlarına baxarkən əmək haqqısından təxminən 100 manata yaxın vəsaitin tutulduğunu aşkar edib.

ADPU-nun tyutor vəzifəsində çalışan işçisinin rəsmi olaraq maaşı 575 manat olsa da, onun bank kartına 476 manat köçürülür.

Qeyd edək ki, universitet tyutorlardan koordinasiya və kommunikasiya bacarıqları, məsafədən təhsillə bağlı bilik və bacarıqlar, rəqəmsal platformalardan istifadə bacarığı tələb edir. Onların vəzifə öhdəlikləri isə kursların məzmununun nəzərdən keçirilməsi və təkmilləşdirilməsi, tələbələrə nəzarət etmək, tələbələrin suallarını və müraciətlərini cavablandırmaq, rəhbərlik tərəfindən verilən digər tapşırıqların icrası ilə bağlıdır.

Məsələ ilə bağlı ADPU-nun mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki,  hökümət portalında göstərilən əmək haqqı müəssisə tərəfindən əməkdaşa təyin olunan əmək haqqı məbləğidir.

“Lakin həmin əmək haqqqından vergilər tutulduqdan sonra əməkdaşa tam əmək haqqı yüklənir. Tutulmalar birbaşa Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. Əmək haqqından 14% gəlir vergisi, 3% məcburi dövlət sosial sığorta haqqı, 2% tibbi sığorta haqqı, 0.5% işsizlik sığortası və könüllü əsaslarla həmkarlar ittifaqına üzvlüyə görə əməkhaqqından 2% həcmində vəsait tutulur”, - deyə ADPU-dan bildirilib.

Ramid İbrahimov 


SON XƏBƏRLƏR

01 Avqust 2025