Tehranın Beheşti Universitetinin sosiologiya üzrə professoru Əhməd Şəkərçi işdən qovulub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, buna səbəb müəllimin “Qadın, Həyat, Azadlıq” şüarı altında xalq etirazlarında tələbələrə dəstək verməsi olub.
Bildirilir ki, müəllimlərə qarşı bu hal ilk dəfə baş vermir.
Mina Mikayılova


jpg-1707220537.jpg)













