“Təəssüf ki, Azərbaycan ürək-damar xəstəlikləri və bu xəstəliklərdən ölüm üzrə dünyada ilk sıralardadır”.
Bunu Bakıvaxtı.az-a ürək-damar xəstəliklərinin cavanlaşmasından, bu xəstəlikdən ölənlərin sayının artmasından danışan kardioloq Emil Hasilov deyib.
Onun sözlərinə görə. son zamanlar gənc yaşlarda (30-40 yaş arası) ürək-damar xəstəliyi ilə müraciət edən, təcili tibbi yardım briqadası ilə gətirilən xəstələrin sayında artım müşahidə olunur. Kardiloq qeyd edib ki, bunun səbəbi COVİD-19 pamdemiyası, pandemiya dövründə stressin artması, bu xəstəliyin vurduğu fəsadlardır: “Bundan başqa, gənclərdə zərərli vərdişlərə meylin artması, energetik içkilərin gündəlik həddindən artıq istifadəsi, fiziki idmanla məşğul olmamaq, sosial faktorlar və ən əsası da texnologiyanın inkişafı ilə əlaqədar fiziki aktivliyin əhali arasında ümumi azalması da ürək-damar xəstəliklərinin armasında rol oynayır. Təəssüf ki, virtual aləmdə gənclər daha çox vaxt keçirir, nəinki real həyatda”.
E.Hasilov qeyd edib ki, bütün bu faktorlar və sosial amillərin də böyük təsiri nəticəsində ürək xəstəlikləri artmaqda davam edir: “Təsəvvür edin ki, piylənmə, şəkərli diabet və arterial hipertenziyalı 20-30 yaşlı onlarla gənc müraciət edir. Əksəriyyəti də yazılan müalicə və tövsiyələrə əməl etmirlər”.
Həkim bildirib ki, gənclərdə xolesterin mübadiləsinin pozulması, piylənmə, az hərəkətli həyat tərzi, şəkərli diabet və arterial hipertenziya artıq miokard infarktı, ürək çatışmazlığı, ürək-damar və beyin hadisələrinə (beyin qanaması və ya işemik insult) bağlı öıümün artmasına gətirob çıxarır: “Gənc pasientlərə tövsiyəm budur ki, çəkinizi azaldın, təzyiqinizi arabir ölçdürün, bu problemlər varsa, həkimə müraciət edin ki, sonra gec olmasın. 35 yaşlı gənc pasient 3 koronar damarın tıxanması və infarkt sonrası ağır ürək çatışmazlığından dünyasını dəyişdi. Bunlar bizə xəbərdarlıqdır! Sağlam həyat tərzinə diqqət edin ki, ömrünüz keyfiyyətli və uzun olsun”, - deyə Emil Hasilov vurğulayıb.
Nərgiz Məmmədli



jpg-1689769738.webp)
jpg-1689769248.webp)











