• Bakı 15° C

    3.42 m/s

  • USD - 1.7

    EUR - 1.8205

    RUB - 0.0184

Uşaq evində DƏHŞƏT:11 uşaq baxımsızlıqdan öldü

DÜNYA

31 May 2023 | 16:23

Uşaq evində DƏHŞƏT: 11 uşaq baxımsızlıqdan öldü

Vətəndaş müharibəsinin davam etdiyi Sudanda paytaxt Xartumun Sekkane rayonundakı Mayqoma Uşaq Evində 11 uşaq həlak olub.

Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, milli mətbuat bəzi dayələrin qarşıdurmalara görə qaçdığını, buna görə də səhiyyə xidmətinin göstərilə bilmədiyi, ölümlərin qidalanma və tez-tez elektrik kəsilməsi səbəbindən baş verdiyini yazıb.

Dünyasını dəyişən uşaqlar məhəllə sakinlərinin dəstəyi ilə rayondakı qəbiristanlıqda torpağa tapşırılıb.

Qeyd edək ki, bir milyondan çox insanın ölkə daxilində didərgin düşdüyünü bildirən Birləşmiş Millətlər Təşkilatı 300 min insanın münaqişələr səbəbilə qonşu ölkələrə qaçdığını açıqlayıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Sudanda davam edən münaqişə nəticəsində 850 nəfərin həyatını itirdiyini, 5500 nəfərin isə yaralandığını bildirib.

Mayın 29-da tərəflərin atəşkəs rejiminin daha 5 gün uzadılması ilə bağlı qərarına baxmayaraq, Sudanda qarşıdurmalar davam edir.

Ay Tac

 


SON XƏBƏRLƏR

25 Aprel 2024