• Bakı 26° C

    5.51 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

GÜNDƏM

20 Aprel 2021 | 14:52

ÜST-dən peyvənd pasportlarına dair QƏRAR

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünənki mətbuat konfransında ötən həftə koronavirus yoluxmalarının 8 dəfə artdığını deyib.

Bakıvaxtı.az xəbər verir ki, ÜST direktoru bu vaxta qədər koronavirus pandemiyasından 3 milyondan çox insanın öldüyünü diqqətə çatdırıb.

Hazırkı vaxtadək 832 milyondan çox insanın vaksinasiya olunduğunu deyən qurum rəhbəri bunun 82 faizinin yüksək və ya orta gəlirli ölkələrə aid olduğunu deyib. Aşağı gəlirli ölkələrə ancaq 0,2% vaksin çatıb.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatı Təcili Komitəsi beynəlxalq səyahətlərdə peyvənd pasportunun tələb olunmamasını tövsiyə edib. ÜST COVID-19 peyvəndinin virusun yayılmasının qarşısını alıb-almayacağına dair konkret tədqiqat nəticələri olmaması səbəbindən hələlik peyvənd pasportuna isti baxmadığını elan edib.(modern)

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Sentyabr 2026