• Bakı 16° C

    4.11 m/s

  • USD - 1.7

    EUR - 1.8455

    RUB - 0.0187

Vanetsyan xarici kəşfiyyata işləyir - Paşinyan

DÜNYA

07 May 2024 | 15:26

Vanetsyan xarici kəşfiyyata işləyir - Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan sensasion dinləmələrdən danışaraq MTX-nin sabiq rəhbəri, hazırda müxalifətdə olan siyasətçi Artur Vanetsyanın xarici kəşfiyyat xidmətinə işlədiyini bəyan edib.

Bakıvaxtı.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə Paşinyan keçirdiyi mətbuat konfransında danışıb:

"Kim dedi ki, bütün səs yazısı dərc olunub - təbii ki, hamısı deyil. Onun bir hissəsi qorxutmaq üçün istifadə olunub. Bizdə məlumat var ki, bu səs yazısı xarici kəşfiyyat xidməti tərəfindən aparılıb. Digər hissəsi isə bu məmurdan təsir agenti kimi istifadə etmək məqsədi daşıyırdı”.

Qeyd edək ki, 11 sentyabr 2018-ci il tarixində Milli Təhlükəsizlik Xidmətinin o zamankı rəhbəri Artur Vanetsyanla Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan arasında telefon danışığının səsyazısı yayılıb. Onlar Ermənistanın eks-prezidenti Robert Koçaryanın həbsini müzakirə ediblər. 2018-ci il dekabrın 5-də Vanetsyanın Paşinyanla söhbətinin səsyazısı ortaya çıxmışdı. O, bu sızıntıları əksinqilab və erməni dövlətçiliyinə zərbə vurmaq cəhdi adlandırıb.


SON XƏBƏRLƏR

18 May 2024