"App Store"un alternativ ödəniş sistemlərinə icazə verməməsi ilə bağlı araşdırma başlayıb.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı Rəqabət Təşkilatı bəyanat yayıb.
Bəyanata görə, "App Store"un proqram tərtibatçıları üçün ödəniş sistemlərinə müəyyən məhdudiyyətlər qoyduğuna dair şübhələr ortaya çıxıb.
"Tətbiq tərtibatçılarının tətbiq daxilində öz istifadəçilərini tətbiqdən kənar ödəniş kanalları, məsələn, proqram tərtibatçısının veb-saytı haqqında məlumatlandırmasının qarşısı alınır. Bu qadağaya görə istehlakçılar alternativ ödəniş kanallarının mövcudluğundan xəbərsizdirlər. Çünki tətbiqdən kənar alternativ kanallara aparan keçidlərin proqrama daxil edilməsinin qarşısı alınır. Digər şübhəli məqam isə "Apple"in daxili ödəniş sistemini tələb etməklə, proqram tərtibatçılarının seçim azadlığını aradan qaldırması və digər ödəniş sistemlərinin "Apple" ekosisteminə daxil olmasına mane olmasıdır". - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, mobil ekosistemlər sektorunun icmalı çərçivəsində "Apple"ın proqram tərtibatçıları ilə əlaqə saxlanılır. İmzalanan müqavilələr və Tətbiq Baxışı Direktivi araşdırılır.
Gülşən Şərif







jpg-1720256854.webp)








