• Bakı 19° C

    5.15 m/s

  • USD - 1.7

    EUR - 1.8109

    RUB - 0.0182

Vasif TalIbova məxsus şirkətdə YOXLAMA APARILIB 

Gündəm

31 Yanvar 2023 | 13:12

Vasif TalIbova məxsus şirkətdə YOXLAMA APARILIB 

“Arkoz Holdinq” MMC-nin tərkibində olan “Arkoz İnşaat Şirkəti” MMC valyuta tənzimi qaydalarının pozulmasına görə cərimlənib.

Bakıvaxtı.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı “Arkoz İnşaat Şirkəti” MMC barədə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi əsasında protokol tərtib olunaraq, iş Naxçıvan MR Naxçıvan Şəhər Məhkəməsinə göndərilib.

Məcəllənin 430.4-cü maddəsində bildirilir ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə-vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

İşə hakim Gülsüm Əliyevanın sədrliyilə baxılacaq.

Qeyd edək ki, artıq şirkət bu gündən “Gəmiqaya Holdinq” MMC-nin adı dəyişdirilərək “Arkoz Holdinq” MMC olub. “Gəmiqaya Holdinq" Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbova məxsus olub. Onun oğlu Rza Talıbov uzun müddət “Gəmiqaya Holdinq"in prezidenti olub.

İbRa


SON XƏBƏRLƏR

23 Aprel 2024