• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA 

GÜNDƏM

18 Noyabr 2021 | 09:15

Vaxtından əvvəl pensiyaya çıxmaq mümkün olacaq? - AÇIQLAMA

“Milli Məclisdə keçirilən iclasda 2022-ci il dövlət büdcəsinin müzakirələri zamanı vətəndaşlara vaxtından əvvəl pensiyaya çıxmaq hüququnun verilməsini təklif etdim”.

Bunu Bakıvaxtı.az-a Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, beynəlxalq praktikada pensiya yaşı tamam olmadan bu hüquqdan istifadə imkanları var: “Bəzi ölkələrdə bu hətta pensiya kapitalına bağlanır. Orta pensiya kapitalından çox yığımları olanlar artıq vəsaitini öncədən almaq hüququn malik olurlar və bu zaman artıq yığılmış vəsait aylar üzrə hesablanmaqla vətəndaşa qaytarılır.

Bildirim ki, mövcud qaydalara əsasən, Azərbaycanda 144 ay orta pensiya müddəti kimi götürülür. Amma əgər təklif qəbul olunarsa, vətəndaş 5 il tez, yəni 60 yaşında pensiyaya çıxacaq. Amma bu halda yığım 144 aya yox, 204- aya bölünməklə aylıq pensiya məbləği müəyyənləşə bilər.

Büdcə müzakirələri zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müzakirələrin davam etdiriləcəyini bəyan etdi. Deməli, Azərbaycanda pensiya yaşı tamam olmadan pensiyaya çıxmaq imkanı reallaşa bilər”.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026