Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.
Bakıvaxtı.az manşet.az-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Nizami Rayon Dövlət Yol Polisi (DYP) şöbəsinin rəisi, polis polkovnik-leytenantı Firdovsi Yusubov vəzifəsindən azad edilərək, təqaüdə göndərilib. Hazırda rəis vəzifəsini müvəqqəti olaraq rəis müavini Hüseyn Hüseynov icra edir.
















