• Bakı 24° C

    5.2 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Vüsal İsgəndərli: "İrəvana gedirəm"

İDMAN

10 Iyul 2023 | 12:33

Vüsal İsgəndərli: "İrəvana gedirəm"

Albaniyanın “Eqnatiya” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Vüsal İsgəndərli Ermənistanın “Ararat” klubuna qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu üçün İrəvana gedəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  28 yaşlı hücumameyilli yarımmüdafiəçi özü açıqlama verib.

O, Ermənistandakı qarşılaşma üçün ona da bilet alındığını söyləyib: “İnşallah, mən də gedirəm. Menecer dedi ki, biletin alınıb, gedirsən”.

Qeyd edək ki, Vüsal İsgəndərli “Eqnatiya” ilə üç illik müqavilə imzalayıb. Albaniya klubu “Ararat”a qarşı ilk oyununu iyulun 13-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək. /Report


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026