• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xaçmazda avtomobil ağaclara çırpıldı - xəsarət alan var

HADİSƏ

03 Oktyabr 2022 | 00:36 | Müəllif: Subhan Mahmudov

Xaçmazda avtomobil ağaclara çırpıldı - xəsarət alan var

Xaçmaz-Xudat magistral yolunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, Xaçmazın Nərəcan kəndində "Opel" markalı avtomobilin sürücüsü idarətməni itirib. Nəticədə avtomobil yol kənarındakı ağaclara çırpılıb.

Qəza zamanı sərnişinlər - 1992-ci il təvəllüdlü Günel Rafiq qızı Fərəcova, 2000-ci il təvəlludlü Milana Ceyhun qızı Axundova və 2003-cü il təvəllüdlü Aysu Ceyhun qızı Nuriyeva müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR