• Bakı 15° C

    8.33 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Xaçmazda oğul atasını ÖLDÜRDÜ

HADİSƏ

14 May 2022 | 16:59

Xaçmazda oğul atasını ÖLDÜRDÜ

Xaçmazda oğul 59 yaşlı atasını öldürüb.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, hadisə rayonun Niyazoba kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1963-cü il təvəllüdlü Hacıkərim Münsaha oğlu Neymətov ailə münaqişəsi zəminində öz oğlu Pərvin Neymətov tərəfindən bıçaqlanıb. Müxtəlif dərəcəli bıçaq xəsarətləri alan H.Neymətov hadisə yerində ölüb.

Onun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.


SON XƏBƏRLƏR

19 Aprel 2024