Quba – Xaçmaz yolundakı dəhşətli qəzada vəfat edənlərdən biri C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub.
Bakıvaxtı.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, o, “Şahdağ Cəlil” adı ilə tanınıb.
C.Güləhmədov özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.
***
Xaçmazda zəncirvari qəzada ölənlərin sayı iki nəfərə çatıb.
Bakıvaxtı.az xəbər verir ki, Xaçmaz-Quba yolunun Armudpadar kəndi ərazisindən baş vermiş avtoqəzada xəsarət alan "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon Barlı kənd sakini, 1985-ci il təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səyinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.
Z.Quliyevin meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
Xaçmaz rayonunda zəncirvari qəza olub, ölən var.
Bakıvaxtı.az xəbər verir ki, hadisə Xaçmaz-Quba yolunun rayonun Armudpadar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, "BMW" və "Toyota Prado" markalı minik avtomobilləri ilə "KamAZ" markalı yük maşını hərəkətdə olan zaman toqquşub. Nəticədə "Toyota Prado" markalı maşının sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Çilan oğlu Güləhmədov isə hadisə yerində ölüb, "BMW" markalı avtomobilin sürüsüsü, Quba rayon sakini, 1985-cil təvəllüdlü Zaur Nüsrət oğlu Quliyev isə ağır dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
C.Güləhmədovun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. (report)



















