• Bakı 12° C

    3.29 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

""Xalxın qızı"nı götürüb qaçdım" - Alim Qasımov

MƏDƏNİYYƏT

09 Sentyabr 2022 | 22:56 | Müəllif: Subhan Mahmudov

""Xalxın qızı"nı götürüb qaçdım" - Alim Qasımov

"Efirlərə çıxanda deyirəm ki, mən ağsaqqalam, geyinirəm, səsimi qoruyuram, benzin vururam, musiqiçilər əziyyət çəkir, geyim alır. Bunun əvəzində qonorar vermək lazımdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu Baku TV-də yayımlanan "O kimdir?" verilişinin budəfəki buraxılışının qonağı Xalq artisti Alim Qasmov deyib.

O, əksər verilişlərə qonorarsız çıxmadığını qeyd edib.

Xalq artisti həyat yoldaşı ilə evlilik hekayəsindən də bəhs edib:

"Həyat yoldaşımla 8-ci sinfə qədər birlikdə oxumuşuq. O, savadlı idi, 4-5 alırdı, mən isə 2-3. Ona görə mənə yuxarıdan aşağı baxırdı. Düşündüm ki, necə ola bilər, məni bəyənmir. Sonra "xalxın qızı"nı götürüb qaçdım".

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026