• Bakı 15° C

    7.52 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ersoy və Pekkan yenidən küsdülər: “Ədəbdən deyil, günahkarlıqdan..."

MƏDƏNİYYƏT

07 Oktyabr 2022 | 21:26 | Müəllif: Qalib İbrahimoğlu

Ersoy və Pekkan yenidən küsdülər: “Ədəbdən deyil, günahkarlıqdan..."

6 ildir inciklik yaşayan Bülent Ersoy və Ajda Pekkan 2 il əvvəl barışsalar da, Diva ilə Superstar arasında gərginlik yenidən alovlanıb.

Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ersoy telefonla bağlandığı bir televiziya proqramında “Atam iki kompressiya corabı geyinsəydi, daş kimi olardı” deyərək, Pekkanın konsert libaslarını lağa qoyub.

Bundan başqa, Diva Ajda Pekkanın Almaniyada biletləri satıla bilmədiyi üçün 3 konsertinin ləğv edildiyini də iddia edib.

Bu sözləri eşidən Ajda Pekkan Bülent Ərsoya Mövlananın bu sözləri ilə cavab verib: "Bəziləri səbirdən, bəziləri hörmətdən, bəziləri də sevgidən susur".

Ersoyun Pekkana cavabı gecikməyib. Ersoy Pekkandan sitat gətirərək, “Hər susqunluq hörmət, sevgi və ya ədəb deyil! Bu susqunluq vicdanlı susqunluq və əxlaqsız davranışlarınızın psixoloji susması olmasın, çünki siz zərər çəkmisiniz! Hər susan öz ədəbinə görə deyil, bəzən günahına görə susur!” deyib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026