• Bakı C

    4.4 m/s

  • USD - 1.7

    EUR - 1.7677

    RUB - 1.6998

Xamenei gücsüzlüyünü ETİRAF ETDİ

DÜNYA

13 Dekabr 2024 | 21:51

Xamenei gücsüzlüyünü ETİRAF ETDİ

"Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən üç gün sonra, dekabrın 11-də İranın Ali Rəhbəri Əli Xamenei mövzu ilə bağlı qabaqcadan geniş reklam olunan çıxışını etdi. Gözlənilirdi ki, Xamenei İranın qurduğu "Müqavimət cəbhəsi"nin ən mühüm halqası sayılan Suriyanın itirilməsinin səbəbləri ilə bağlı ictimaiyyəti, o cümlədən hakimiyyət tərəfdarlarını düşündürən suallara cavab verəcək. Çünki Əsəd rejiminin süqutundan sonra ölkənin ən müxtəlif siyasi cinahlarından hakimiyyətin ünvanına tənqidlər səslənirdi, hətta İran silahlı qüvvələri sıralarında gərginliyin və qarşılıqlı ittihamların baş alıb getdiyi barədə xəbərlər yayılmışdı".

Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "Azad İran" "YouTube" kanalında yayımlanan yeni süjetdə qeyd olunub.

Bildirilib ki, İran hakimiyyətinin 11 il ərzində hərtərəfli maddi, insani və hərbi dəstək göstərdiyi Əsəd rejiminin cəmi 11 gün ərzində süqut etməsi ölkədə asanlıqla qəbul oluna bilmirdi və bunun niyə, necə baş verdiyi ilə bağlı həm mediada, həm də sosial şəbəkələrdə çoxlu sual və müxtəlif versiya irəli sürülürdü:

"Bu üzdən düşünülürdü ki, Xameneinin çıxışı bütün suallara nöqtə qoyacaq. Ən əsası, İranın niyə proseslərə müdaxilə etmədiyinə dair müəmmaya aydınlıq gətirəcək.

Diqqəti çəkən ilk məqam bu oldu ki, Xameneinin ölkənin müxtəlif təbəqələrini təmsil edən insanların qarşısındakı çıxışı ənənəyə rəğmən canlı yayımlanmadı. Görünür, mövzunun hədsiz həssaslığı və ali rəhbərin sağlıq durumu onun ofisini bu addımı atmağa vadar edib. Bununla belə, Xameneinin müvafiq montaj prosesindən sonra ictimaiyyətə təqdim olunan təqribən 50 dəqiqəlik çıxışında müəyyən önəmli məqamlar əksini tapıb. Hər şeydən öncə, Xamenei Suriyada baş verənləri ABŞ və İsrailin müştərək planı kimi təqdim edib, buna heç bir şübhə olmadığını, ortada kifayət qədər sübutlar olduğunu vurğulayıb. Eyni zamanda, qeyd edib ki, "Suriyanın qonşusu olan bir ölkə bu prosesdə aşkar rol oynayıb, indi də oynayır, amma əsas planı cızan ABŞ və İsraildir".


SON XƏBƏRLƏR