• Bakı 12° C

    4.8 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xanım müştərini söyən taksi sürücüsü həbs edildi

CƏMİYYƏT

04 Sentyabr 2024 | 00:52 | Müəllif: Subhan Mahmudov

Xanım müştərini söyən taksi sürücüsü həbs edildi

Taksi fəaliyyəti ilə məşğul olan 1994-ci ildə Ağsuda anadan olmuş B.N. barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi protokol tərtib edilib.

Bakıvaxtı.az xəbər verir ki, buna səbəb onun xanım sərnişini söyməsi olub. Belə ki, sərnişin Z.B. taksi sifariş verib. Z.B. yolu yanlış izah etdiyi üçün B.N. ondan sifarişdən imtina etməsini tələb edib. Zərərçəkmiş şəxs isə buna əməl etməyib.

B.N. sərnişinin dayandığı yeri tapan zaman Z.B. onunla getməyəcəyini bildirib. Bu zaman sürücü əsəbiləşərək, müştərini söyüb.

Sərnişinin şikayəti əsasında taksi sürücüsü saxlanılıb və 5 gün müddətinə həbs edilib./qaynarinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026