• Bakı 10° C

    0.71 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Xankəndidə Azərbaycan dilində yol nişanı 

CƏMİYYƏT

03 Oktyabr 2023 | 16:43

Xankəndidə Azərbaycan dilində yol nişanı

İşğaldan azad edilən Xankəndi şəhərində yol kənarında Azərbaycan dilində qoyulmuş Xankəndi lövhəsinin fotosu yayılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.

Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxlanılıb. Qurumun mətbuat katibi Anar Nəcəfli  belə cavab verdi: “Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının ərazisində yerləşən yeni inşa edilmiş və mövcud olan bütün avtomobil yollarının kənarlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaşayış məntəqələrimizi və bu məntəqələrə qədər olan məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır və zərurət yarandıqca da quraşdırılacaq”. /Qafqazinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026