• Bakı 11° C

    2.44 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xankəndinin Yeni il hazırlığı -  FOTOLAR

CƏMİYYƏT

23 Dekabr 2024 | 12:30

Xankəndinin Yeni il hazırlığı - FOTOLAR

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə işğaldan azad edilən Xankəndi şəhərində bayrama xüsusi hazırlıq işləri görülür.

Bu barədə Bakıvaxtı.az-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Onun sözlərinə görə, 34 ildən sonra Xankəndi şəhərində bayram tərtibatı işlərinə xeyli sayda işci qüvvəsi və texnikalar da cəlb edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir. Şəhərin Zəfər meydanında şam ağacı qurulub. Küçələr yeni il atributları ilə bəzədilir. Ağacların üzərində rəngli işıq sistemi və effektlər quraşdırılır. Xankəndi, turistləri möhtəşəm bayram görüntüsü ilə qarşılamağa hazırlaşır. 

Qeyd edək, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə bu il ilk dəfə olaraq dekabr ayının 26-dan yanvarın 4-dək Xankəndi şəhərində qış nağılı yarmarkası keçiriləcək. Bu yarmarka, azadlıqla yazılan yeni tarixin təntənəsi olacaq. Dekabrın 28-də isə Xankəndi şəhərində konsert proqramı olacaq.


Xankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLARXankəndinin Yeni il hazırlığı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

22 Noyabr 2026
21 Noyabr 2026