• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Xəstəxanada bir gündə 20-dən çox pasiyent öldü

CƏMİYYƏT

03 Oktyabr 2023 | 12:08

Xəstəxanada bir gündə 20-dən çox pasiyent öldü

Hindistanın Nanded şəhərindəki xəstəxanada bir gündə 24 xəstə, o cümlədən 12 yeni doğulmuş körpə ölüb.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsinin nümayəndələri NDTV kanalına məlumat veriblər.

Bildirilib ki, son 24 saat ərzində 12 yeni doğulmuş körpə dünyasını dəyişib. Onların ölüm səbəbləri açıqlanmır. 12 nəfər müxtəlif xəstəliklər, əsasən də ilan sancması səbəbindən ölüb.

Həkimlərdən biri qeyd edib ki, körpələr müxtəlif xəstəliklərdən əziyyət çəkirdilər. Yetkin xəstələrə gəlincə, o, onların vəziyyətinin ağır olduğunu vurğulayıb: “70-80 yaş arasında olan xəstələrin şəkərli diabet, qaraciyər və böyrək çatışmazlığı kimi müxtəlif problemləri var idi”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026