• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Ələt azad iqtisadi zonasına 10 milyon manat ayrılacaq

CƏMİYYƏT

02 Noyabr 2023 | 11:25

Ələt azad iqtisadi zonasına 10 milyon manat ayrılacaq

Gələn il Azərbaycanda dövlət büdcəsində Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumunun fəaliyyət xərcləri üçün 10,3 milyon ayrılması nəzərdə tutulur.

Bakıvaxtı.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Xatırladaq ki, oktyabrın 31-də Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Bakının Qaradağ rayonunun inzibati ərazisində yerləşən və Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilmiş torpaq sahəsinin dövlət mülkiyyətinə aid 23,74 hektar təşkil edən hissəsi birdəfəlik, əvəzsiz və daimi istifadə hüququ ilə Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumuna verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026